"Qəbələ"nin futbolçusundan kubok açıqlaması

"Qəbələ"nin braziliyalı futbolçusu Felipe Santos ölkəsinin lance.com.br saytına açıqlama verib.

Sportline.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Azərbaycan kubokunun qalibi olmaları haqda fikirlərini bildirib: "Kuboku qazandığım üçün çox şadam. Mövsüm ərzində çox çalışdıq və əlimizdən gələni etdik. Biz nə qədər səy göstərdiyimizi bilirik. Xoşbəxtlikdən məqsədimizə çatdıq. Fədakarlığımızın bəhrəsini gördük".

F.Santos deyib ki, kollektivə müsbət töhfə vermək mənə çox xoşdur: "Güclü, balanslaşdırılmış heyətimiz var. Amma buna baxmayaraq, daha çox sərmayə qoyan komandaların olduğunu bilirik. Biz kubokun qalibi olduq. Ölkə çempionatında dördüncü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazandıq. Komanda bu uğurlara layiq idi".