"Qəbələ"nin Gənclər Liqasındakı rəqibi bilindi

"Qəbələ" komandasının UEFA Gənclər Liqasının 1/32 final mərhələsindəki rəqibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, “qırmızı-qaralar” bu raundda “Şkendiya” (Şimali Makedoniya) ilə üz-üzə gələcək.

Qarşılaşma püşkə əsasən, Şimali Makedoniyada keçiriləcək.

Bir oyundan ibarət mərhələnin görüşləri 2-3 martda olacaq.