"Qəbələ"nin rəqibində ciddi itki

UEFA Avropa Liqasında "Qəbələ" ilə eyni qrupda mübarizə aparan PAOK itki ilə üzləşib. SportLine.az xəbər verir ki, yunan klubunun üzvü Harri Harisisin sağ ayağında zədə aşkarlanıb. Onun bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Bu isə o deməkdir ki, Harisis "Qəbələ" ilə görüşdə komandasına kömək edə bilməyəcək.