Qədirzadə oynadı,komandası heç-heçə etdi
Gürcüstan çempionatında 12-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu İbrahim Qədirzadənin çıxış etdiyi “Samtrediya” doğma meydanda “Şukura” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki,“Samtrediya 9 xalla hazırda 10 komanda arasında 8-cidir.