"Qırmızı şeytanlar"ın təklifi rədd edildi

“Mançester Yunayted” Meyson Mauntu 40 milyon funt-sterlinqə ala bilmədi.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki , mankunianlıların ilkin təklifi "Çelsi" tərəfindən dərhal rədd edilib .

“Yunayted” müqaviləsi bir ildən sonra başa çatan futbolçu üçün nə qədər pul ödəməyə hazır olduqlarını yaxşı bilir və artıq ödəmək niyyətində deyil. Eyni zamanda, qeyd edildiyi kimi, yarımmüdafiəçinin dəyərinin qiymətləndirilməsi klublar arasında çox dəyişir.

Banner