"Qırmızı şeytanlar" "Napoli"yə elçi düşüblər

Mançester Yunayetd” heyətini gücləndirmək üçün “Napoli” klubunun futbolçusu Kim Min Jae üçün 60 milyn avro ödməyə hazırdır. 

Sportline.az Goal.com-a istinadla xəbər verir  ki, bu transfer bir qədər ləngiyəcək.

Futbolçunun meneceri Der Hong “Cənubi Kareyada doğulan insanların əsgərlik borcunu yerinə yetirmək məcburiyyəti olduğu üçün Kim-Min Jae ilk öncə vətəndaşlıq vəzifəsini yerinə gətirəcək. Ondan sonra təklifi ətraflı müzakirə edəcəyik"-, deyib. 

Qeyd edək ki, “Mançester Yunayted” bu təklifin sadəcə iyun ayının ilk 2 həftəsi üçün keçərli olduğunu bildirib.