“Qızıl əlcək”: Boksçumuz finalda
Serbiyanın Çaçak şəhərində boks üzrə “Qızıl əlcək” beynəlxalq turnirində yarımfinal mərhələsinin döyüşləri keçirilib.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, milli komandanın bir üzvü finala yüksəlib.
60 kiloqram çəkidə mübarizə aparan Ümid Rüstəmov finala gedən yolda serbiyalı Stefan Kamoviçi 3:0 (28:27, 29:26, 29:26) hesabı ilə məğlub edib. Rüstəmov həlledici görüşdə Rusiyanı təmsil edən Nemət Səfərovla döyüşəcək.
Ruslan Rüstəmovla (63,5 kiloqram) Kamran Şahsuvarlı (75 kiloqram) isə “Qızıl əlcəy”i bürünc medalla başa vurublar. Onlar yarımfinalda, müvafiq olaraq, Sandan Sandanova (Rusiya) və Aleksandar Serifoviçə (Serbiya) məğlub olaraq 3-cü yeri tutublar.
Qeyd edək ki, yarışa 15 ölkənin boksçuları qatılıb.