"Qızıl top"un sahibi nə vaxt müəyyənləşəcək?

"Qızıl top"un builki təqdimatının vaxtı bəlli olub.

Sportline.az "France Football"a istinadən xəbər verir ki, namizədlər avqustun 12-də elan ediləcək. Mükafatlandırma mərasimi isə oktyabrın 17-də keçiriləcək.

Qeyd edək ki, 2021-ci ildə "Qızıl top"u Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi qazanıb.