"Qızıl top"un təqdimat tarixi açıqlandı
"Qızıl top"un təqdimolunma mərasiminin tarixi açıqlanıb.
Sportline.az xəbər verir ki, France Football jurnalı dünyanın ən yaxşı futbolçusunu oktyabrın 30-da elan edəcək.
Mərasim Parisin Şatl teatrında təşkil olunacaq.
Namizədlərin adı isə sentyabrın 6-da açıqlanacaq.
Qeyd edək ki, "Qızıl top"un son sahibi Kərim Benzemadır.