Qran-pri: Son yarış günündə 1 qızıl və 1 bürünc medal

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə Qran-pri turniri yekunlaşıb. SportLine.az xəbər verir ki, son gündə Azərbaycan komandası iki medal qazanıb.

Qadınların yarışında +78 kq çəki dərəcəsində mübarizə aparan İrina Kinderzka bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

-90 kq çəkidə qüvvəsini sınayan Məmmədəli Mehdiyev isə yarışı bürünc medalla bitirib.

Qeyd edək ki, ilk 2 yarış günündə Azərbaycanın 12 təmsilçisindən İbrahim Əliyev (66 kq) və Murad Fətiyev (81 kq) 5-ci yerlə kifayətlənib, Rövşən Əliyev, Rəşad Yelkiyev (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Buyankişiq Purevsuren (hər ikisi 52 kq), İçinxorlo Munxtsedev (57 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) isə daha erkən məğlub olaraq, mübarizəni dayandırıb. 53 ölkədən 379 idmançının qatıldığı Qran-prinin ümumi mükafat fondu 100 min dollardır.