"Qran-pri"də iştirak edəcək seçmə komandanın heyəti açıqlandı

Qadınlardan ibarət cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, yığmamızın baş məşqçisi Natiq Bağırov Budapeştdə keçiriləcək Qran-pri turnirində 5 idmançını sınaqdan keçirəcək.

Macarıstana Gültac Məmmədəliyeva (52 kq), İçinxorlu Munxtsedev, Ülviyyə Rəhimli (hər ikisi 57 kq), Günel Həsənli (70 kq) və İrina Kindzerska (+78 kq) yollanacaq.

Avqustun 10-da start götürəcək yarışda 90 ölkədən 666 (395 kişi, 271 qadın) cüdoçunun qatılacağı gözlənilir.