Qrizmann üçün 100 milyon avro

Cari mövsüm Premyer Liqada və Çempionlar Liqasında qələbə hədəfləyən "Mançester Yunayted" qış transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir. SportLine.az "Daily Express"ə istinadən xəbər verir ki, Madrid "Atletiko"sunun hücumçusu Antuan Qrizmann "qırmızı şeytanlar"ın maraq dairəsindədir.

İndidən məsələni həll etmək istəyən İngiltərə klubunun yaxın günlərdə La Liqa təmsilçisinə 100 milyon avroluq rəsmi təklif ünvanlayacağı gözlənilir.

Qeyd edək ki, "Mançester Yunayted" A.Qrizmannla yanaşı, Paulo Dibalanı da transfer etməyi planlaşdırır.