"Qrizmanna dedim ki, "Arsenal"a gəl"
"Qrizmannla çox yaxşı münasibətim var. Biz dostuq və onunla biryerdə oynamaq ən böyük arzumdur". SportLine.az xəbər verir ki, bu sözləri "Arsenal"ın futbolçusu Aleksandr Lakazett "Match of The Day" nəşrinə müsahibəsində deyib.
Yay transfer pəncərəsində Londona köçən fransalı ulduz, Antuan Qrizmannı da "topçular"ın heyətində görmək niyyətində olduğunu bildirib: "Milli komandada bir yerdə oynayırıq. "Arsenal"a transfer olanda ona dedim ki, sən də buraya gəl, biryerdə oynayaq. Həmin vaxt ingilislər onunla yaxından maraqlanırdılar və Antuan razılıq versəydi, transfer edəcəkdilər. İndi də vəziyyət dəyişməyib. Bildiyim qədərilə, A.Qrizmann yayadək Madriddə qalmaq istəyir. Onunla bu barədə yenə söhbət edəcəyəm".
Qeyd edək ki, "Mançester Yunayted" də A.Qrizmannın xidmətində maraqlıdır.