Quardado milli karyerasını bitirdi
“Betis”in yarımmüdafiəçisi Andres Quardado kapitanı olduğu Meksika yığmasındakı karyerasını bitirib.
Sportline.az xəbər verir ki, o, bu qərarını sosial şəbəkə hesabında açıqlayıb.
Qeyd edək ki, 36 yaşlı futbolçu 18 ildir millidə çıxış edirdi. 2005-ci ildə yığmada debüt edən futbolçu 181 oyuna çıxıb, 28 qol vurub. Quardado “Deportivo”, PSV, “Valensiya”, “Atlas” (Quadalaxara) və “Bayer” klublarının da oynayıb.