"Qurban Berdıyev 100 yaşınadək işləyə bilər"
"Rubin"in sabiq futbolçusu Bibras Natxo "Turan Tovuz"un baş məşqçisi Qurban Berdıyevlə bağlı fikrini bölüşüb.
Sportline.az xəbər verir ki, o, türkmənistanlı mütəxəssisin yüksək keyfiyyətlərindən söz açıb.
"Berdıyev 100 yaşınadək işləyə bilər. O, bütünlüklə özünü futbola həsr edib. Günün 24 saatını futblla yaşayır. O, hər kiçik detala belə diqqət ayırır. Buna görə də deyə bilərəm ki, Berdıyev mənim karyeramın ən yaxşı məşqçisidir. Ona uğurlar arzulayıram", - deyə Natxo "Sport24"ə müsahibəsində bildirib.
Qeyd edək ki, 71 yaşlı mütəxəssis bu ilin iyununda "Turan Tovuz"la müqavilə bağlayıb.