Qurban Qurbanov futbolçuları belə təbrik etdi

“Biz zəif oynaya bilərik, inamlı olmaya bilərik, lakin biz meydandan döyüşsüz çıxa bilmərik”.

Sportline.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”u məğlub etdikləri oyundan (3:1) sonra geyinib-soyunma otağında futbolçularla söhbəti zamanı deyib.

Macarıstan klubuna qalib gələrək pley-offa yüksəldikləri üçün futbolçularını təbrik edən çalışdırıcı bildirib: “Biz udmağı da, onu qeyd etməyi də bacarmalıyıq. Meydanda sadə, ürəkli və cəsarətli olmalıyıq. Belə də olmalıdır. Çünki bu, “Qarabağ”dır. Çünki biz bütün ölkəni “Qarabağ”la təmsil edirik”.