Qvardiola almaniyalı ulduzu transfer etmək istəyir
"Mançester Siti" "Bayer"in ulduzu Florian Virtsi transfer etmək niyyətindədir.
Sportline.az insayder Kristian Folkun məlumatına istinadən xəbər verir ki, Pep Qvardiola Virtsi komandasında görmək istəyir.
Bu keçid üçün "Bayer" 140 milyon avro tələb edir.
Qeyd edək ki, Virtsin Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
O cari mövsüm çıxış etdiyi 34 matçda 15 qol və 12 asistlə yadda qalıb.