Qvardiola: “Bu ən böyük problem deyil”
"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “şəhərlilərin” hazırkı problemlərinin onun peşəkar karyerasının ən çətin problemi olub-olmaması ilə bağlı sualı cavablandırıb.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Premyer Liqanın 26 turundan sonra "Mançester Siti" lider "Liverpul"dan 20 xal geri qalaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
"Xeyr. Biz bundan əvvəl də belə prosesdən keçmişik. Doqquz ildən sonra başladığımız komandamız yoxdur. Bu ən böyük problem deyil, daha böyükləri var idi. Mən karyerama ilk başlayanda komandamı və məni qarşıda çoxlu çətinliklər gözləyirdi və birlikdə onların öhdəsindən gələ biləcəyimizi sübut etdik”, - deyə Qvardiola bildirib.