Qvardiola da xeyriyyəçilər sırasına qoşuldu

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola koronavirusla mübarizə aksiyasına qoşulub.

Sportline.az xəbər verir ki, 49 yaşlı mütəxəssis xeyriyyəçilik fonduna 1 milyon avro verib. Yardımın Kataloniyadakı xəstəxanaların lazımı qoruyucu vasitələr alması və müxtəlif aparatlarla təchizatı üçün edildiyi bildirilib.