Qvardiola finaldan danışdı

Sabah Çempionlar Liqasının finalında "İnter" "Mançester Siti" ilə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, "Mançester Siti"in baş məşqçisi Pep Qvaridola final öncəsi mətbuat konfransında danışıb.

“Bir plana əməl etmək sabitlik gətirir. Müəyyən məqamlarda plana qayıtmaq lazımdır. Təhlükəsizlik üçün nə etməli olduğumuzu bilmək lazımdır. Elə vaxtlar olur ki, heç bir taktika yoxdur, sadəcə arzu olur. Hər şey oyundan asılıdır, amma finalda stabil olmaq lazımdır. Həm də nəzarət lazımdır, çünki rəqib müdafiədə ustadır. Səbirli olmaq lazımdır. Hesabın 1:0 və ya 0:1 olacağını heç vaxt bilmirsən" - deyə Qvardiola bildirib. 

Banner