Qvardiola “Mançester Siti”dən ayrıla bilər
İspaniyalı Xosep Qvardiola Səudiyyə Ərəbistanının futbol klubundan milyonlarla dollarlıq təklif alıb və İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi postunu tərk edə bilər.
Sportline.az xəbər verir ki, bu barədə “ El Nacional” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, təklif onun “şəhərlilər”lə hazırkı əmək haqqı razılaşmasını xeyli üstələyir. Qvardiola onu qəbul etsə, o, dünyanın ən çox maaş alan məşqçisi olacaq.