Qvardiola: "O çox sürətli futbolçudur"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın yeni özbək transferi Abdukodir Xusanov haqqında fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, 20 yaşlı müdafiəçi ötən gün İngiltərə Premyer Liqasının 25-ci turunda "Nyukasl"a qarşı keçirilən (4:0) oyunda 90 dəqiqə meydanda olub.

Qvardiola oyundan sonra etdiyi açıqlamada Xusanovun performansını bəyəndiyini vurğulayıb: "Biz Xusanovu xüsusən hücumdan müdafiəyə keçiddəki sürətinə görə aldıq. O, çox sürətlidir. Bundan əlavə, Abdukodir təkbətək mübarizələrdə çox aqressivdir. Hələ uyğunlaşma mərhələsindədir, amma hər şeyin öyrənilməsi çox yaxın bir vaxtdır."

Qeyd edək ki, gənc futbolçu yanvarda transfer olunduqdan sonra yeni komandasında bütün turnirlərdə 3 oyun keçirib və 1 qol vurub.