Qvardiola sərəncamında görmək istədiyi futbolçunu açıqladı
"Bavariya"nın futbolçusu Cosua Kimmix karyerasını "Mançester Siti"də davam etdirə bilər.
Sportline.az El Nacional nəşrinə istinadən cavab verir ki, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardyola "Bavariya"dan ayrılmaq niyyətində olan yarımmüdafiəçini komandasında görmək istədiyini açıqlayıb.
28 yaşlı futbolçu "Barselona"nın da hədəfindədir.
Qeyd edək ki, bu mövsüm 33 oyuna çıxan Kimmix 5 dəfə rəqib qapılarına yol tapıb.