Qvardiola üçün 240 milyon avro
Uğursuzluq zolağına düşən "Mançester Siti" rəhbərliyi vəziyyətdən çıxış yolları axtarışındadır.
Sportline.az xəbər verir ki, mançesterlilər bunun üçün radikal addımlar atmağa hazırlaşırlar.
Daily Star nəşrinin yaydığı məlumata görə, klub rəhbərliyi baş məşqçi Xosep Qvardiolaya transfer üçün 240 milyon avro vəsait ayıracaq.
Mançesterlilər yay transfer pəncərəsindəki qənaətin komandaya mənfi təsir göstərdiyi qənaətinə gəliblər.
Ona görə, də qış transferlərində daha fəal olmağa çalışacaqlar.
Əsas hədələr siyahısında isə, Martin Subimendi, Viktor Dyokereş və Bruno Qimaraynş yer alır.
Qeyd edək ki, lider "Liverpul"dan 11 xal geri qalan "Mançester Siti" 23 xalla 5-ci pillədə qərarlaşıb.