Qvardyola durumu qiymətləndirdi
"Mançester Siti" son dövrlərin ən ağır günlərini yaşamaqdadır.
Sportline.az xəbər verir ki, "şəhərlilər"in qitə arenasında da Dumanlı Albionda da işləri qaydasında getmir.
Bu səbəbdən ciddi tənqidlərlə üzləşən komandanın baş məqçisi Xosep Qvardyola duruma aydınlıq gətirib.
İspaniyalı mütəxəssis əksəriyyətdən fərqli olaraq, vəziyyəti elə də kritik hesab etmir.
"Bu, bizim üçün ilk belə hal deyil. Bundan da ağır dönəmlərimiz olub. 9 il əvvəl başladığımız yolun başlanğıcında qarşımızda çətin tapşırıqlar var idi. Biz komandamızla onların öhdəsindən gəlməyi bacardıq", - deyə Qvardyola AS-ın sualını cavablandırıb.
Qeyd edək ki, Xosep 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.