Qvardyola "Mançester Siti" ilə davam edəcək

Xosep Qvardyola qarşıdakı iki mövsümü "Mançester Siti" ilə keçirəcək.

Sportline.az "The Times"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis 2025-ci ilədək mançesterlilərin uğurları üçün çalışacaq.

Klub rəhbərliyi Qvardyolanın istədiyi futbolçuları komandaya transfer edəcəyinə söz verib.

Qeyd edək ki, 7 ildir "Mançester Siti"ni çalışdıran 52 yaşlı mütəxəssis komandaya son Çempionlar Liqası kuboku ilə yanaşı daha

13 mükafat qazandırıb.