Qvardyoladan gələcək karyerası ilə bağlı açıqlama

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardyola gələcək fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.  

Sportline.az məşhur jurnalist Fabrisio Romanoya istinadən xəbər verir ki, ispaniyalı müətəxəssis karyerasını bu klubda davam etdirəcək: "Gələn mövsüm "Mançester Siti"də olacam. Klubdan ayrılmaq barədə fikirləşmirəm" - deyə Qvardyola bildirib.

Qeyd edək ki, bu mövsüm Qvardyolanın rəhbərliyi ilə İngiltərə çempionu olan "Mançester Siti" İngiltərə kuboku və Çempionlar Liqasının baş mükafatına da iddialıdır.