Qvardyoladan nümunəvi addım
Pep Qvardiola Premyer Liqanın qalibi olduğu üçün bonus alıb, lakin onu “Mançester Siti” klubun işçilərinə verib.
Sportline.az "Daily Mail"ə istinadən xəbər verir ki, Qvardyolaya 750 min funt-sterlinqə qədər bonus verilib.
İspaniyalı əldə etdiyi vəsaiti hətta təhlükəsizlik işçiləri də daxil olmaqla çoxlu sayda işçilər arasında bölüşdürmək qərarına gəlib.