Rabyo 1/4 final matçını buraxacaq
Fransa millisinin üzvü Andien Rabyo 1/4 final oyununda komandasına kömək edə bilməyəcək.
Sportline.az Sport.24.ru-ya istinadla xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin Belçika ilə oyunda cəzalı duruma düşməsidir.
29 yaşlı oyunçu görüşün 29-cu dəqiqəsində sarı vərəqə görərək limiti aşıb.
Qeyd edək ki, Fransa milli komandası 1/4 finalda Portuqaliya-Sloveniya cütünün qalibi ilə üz üzə gələcək.Rabyo buna qədər AVRO 2024 millinin bütün oyunlarında iştirak edib.