Radamel Falkao yeni klubu ilə müqavilə imzalayıb

Kolumbiya futbolunun əsfanəsi Radamel Falcao ölkəsinin  "Millonarios" klubu ilə müqavilə bağlayıb.

Sportline.az Ntvspor.net-ə xəbər verir ki, razılıq 2024-cü ilin sonuna qədər əldə olunub.

Ulduz futbolçunun qaldığı otelə gələn azarkeşləri salamlayarkən həyəcanlanması diqqətlərdən qaçmayıb.

Təcrübəli futbolçu professional karyerasında ilk dəfə ölkəsinə qayıdıb."El Tigre" 2021-ci idlən "Rayo Vallekano"da çıxış edirdi.

Qeyd edək ki, Falkao ötən mövsüm La Liqada 26 oyunda 4 qol və 1 asistlə yadda qalıb.