Rafa Silvanın "Beşiktaş"dakı maaşı bəlli olub

"Beşiktaş"ın yeni transferi Rafa Silvanın klubdan qazanacağı məbləğ məlum olub.

Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, İstanbul klubu ilə 3 illik müqavilə bağlayan Rafa ilinə 6 milyon avro qazanacaq.

31 yaşlı futbolçu bundan əlavə 10 milyon avro imza məbləği alacaq.

Qeyd edək ki, ötən mövsümü "Benfika"da keçirən portuqaliyalı ulduz futbolçu 52 oyunda 22 qol və 15 asistlik performans göstərib.