Rafael Ağayevdən bürünc

Məşhur karateçimiz Rafael Ağayev növbəti medalını qazanıb.

Sportline.az xəbər verir ki, Ağayev Mərakeşdə keçirilən Karate1 Premyer Liqa turnirində fərqlənib. O, 75 kq çəki dərəcəsində bürünc medal qazanıb. Mükafat uğrunda görüşdə fransalı Loqan Da Kostaya 2:0 hesabı ilə qalib gələrək turniri bürünc medalla bitirib..

Qeyd edək ki, Ümumdünya Karate Federasiyasının Karate1 seriyasından olan yarışda 8 ölkədən 661 karateçi bacarığını göstərib.