Rafael Nadal fanatlarını təəccübləndirdi

İspaniayalı məşhur tennisçi Rafael Nadal daha bir yarışdan imtina edib.

Sportline.az "Eurosport"a istinadən xəbər verir ki, 38 yaşlı idmançı Berlindəki "Laver Kuboku"nda yarışmayacağını açıqlayıb.

Avqust ayında "US Open"də də oynamayan tennisçinin gələn həftə korta qayıdacağı gözlənilirdi.

Nadal turnirdən çəkilmə səbəbini bildirməyib və sosial media hesabındakı açıqlamasında bu qərarı komandanın xeyrinə verdiyini deyib.