Rafael qərarını açıqladı

UFC-nn azərbaycanlı döyüşçüsü Rafael Fiziyev çəkisini dəyişmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, o, yarımyüngül çəkidə qüvvəsini sınamağı planlaşdırır.

"Çəkimi dəyişmək haqqında düşünürəm. Son döyüşüm ərəfəsində dietoloqum çəkimi artırmağa çalışırdı. Bütün həftə boyu buna səy göstərdik. Çünki, çox arıqlamışam. Çəkimi artırıb daha güclü rəqiblərlə döyüşmək istəyirəm", - deyə Fiziyev Ariel Xelvaninin potkastında bildirib.

Qeyd edək ki, Rafael son döyüşündə amerikalı idmançı Qeyciyə hakimlərin rəyi ilə məğlub olub. 

32 yaşlı azərbaycanlı keçirdiyi 16 döyüşün 12-də qələbə çalıb, 4-də məğlubiyyətlə barışıb.