Ramal Aslanov rəqibini nokaut etdi
Məşhur kikboksçumuz Ramal Aslanov iki illik fasilədən sonra döyüşə çıxıb.
Sportline.az xəbər verir ki, "Lord” ləqəbli dünya və Avropa çempionumuz peşəkar rinqə qayıdışını qardaş ölkə Türkiyənin Adana şəhərində reallaşdırıb. Döyüş gecəsi Litvanın KOK (King of Kings) təşkilatının turniri çərçivəsində baş tutub ki, Ramal Liviya əsilli Mousa Masoudla qarşılaşıb.
İdmançımız elə ilk raundda rəqibinə texniki nokautla qalib gəlib.
Qeyd edək ki, idmançımız peşəkar rinqdə 42 rəsmi döyüş keçirib. Onlardan 13-ü nokautla olmaqla, 37 qələbə qazanan Ramal Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Milli komandanın lowkick üzrə Böyük məşqçisi, DİN İC-nin kikboksinq bölməsinin baş məşqçisi Hikmət Hacıyevin tələbəsidir.