Ramil Şeydayev cəzalandırıldı

AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Ramil Şeydayevi ikisi şərti olmaqla üç oyunluq cəzalandırıb.

Sportline.az xəbər verir ki, buna 27 yaşlı hücumçunun "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXXV tur oyunundan sonra rəqib futbolçu Todor Todoroskiyə əl-qot atması səbəb olub.

"Qarabağ" buna görə 2400 manat məbləğində cərimələnib.

Bundan əlavə, Todoroski də əl-qol atdığı üçün eyni cəza ilə üzləşib. "Sumqayıt" klubu Şimali Makedoniyadan olan futbolçunun hərəkətinə görə 2400 manat ziyana düşüb.