Ramil Şeydayev millinin düşərgəsində

“Trabzonspor”un hücumçusu Ramil Şeydayev Bakıya gəlib. SportLine.az xəbər verir ki, futbolçu artıq Azərbaycan millisinin düşərgəsindədir.

Şeydayev uzun sürən danışıqlardan və proseslərdən sonra millimizə dəvət alıb. O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək San Marino millisi ilə matçda seçmə komandada debüt edə bilər.