Ramil Şeydayevin taleyi ilə bağlı rəsmi açıqlama
"Biz Ramil Şeydayevə yeni müqavilə təklif edəcəyik. Qalıb-qalmayacağı öz işidir".
Bunu Sportline.az saytına açıqlamasında "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə Ramil Şeydayevin klubdakı taleyilə bağlı danışarkən deyib.
O, bildirib ki, Şeydayevin müqaviləsi iyunun 30-da başa çatır. Sərbəst futbolçu kimi hansı klubla razılığa gəlməsi Ramilin özündən aslıdır.
Qeyd edək ki, Ramil Şeydayevin Taylandın “Buriram Yunayted” klubu ilə illik 1 milyon dollar maaşa razılaşması və 2 illik müqavilə imzalayacağı iddia olunur.