Rayan Kent "Fənərbağça"da
Türkiyənin "Fənərbağça" komandası yeni trasnferlə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, "sarı-lacivərdlilər" "Reyncers"də çıxış edən Rayan Kenti heyətlərinə qatıblar. İngilis yarımmüdafiəçi 2027-ci ilədək "Fənərbağça"nın şərəfini qoruyacaq.
Bir vaxtlar "Liverpul"da çıxış edən Rayan Kent son mövsüm Şotlandiyada "Reyncers" klubunda 29 oyuna 3 qol, 10 məhsuldar ilə yadda qalıb.