"Real" 120 milyon avro verir, "Borussiya" isə 150 istəyir

"Borussiya" (Dortmund) Cud Bellinqemin transferi üçün istədiyi məbləği ala bilməyəcək.

Sportline.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi "Real"a (Madrid) keçməyə yaxındır . Dortmund klubu futbolçunun transferi üçün təxminən 150 milyon avro almaq istəyib. Amma Madrid təmsilçisi 100 milyon avro + 20 milyon avro bonus təklif edir.

Bellinqem özü də "Real"da çıxış etməyi arzulayır.