"Real" 200 milyon avro ödəməyə hazırdır

Madrid "Real"ı daha bir supertransferə hazırlaşır. SportLine.az "Don Balon"a istinadən xəbər verir ki, "Tottenhem"in futbolçusu Harri Keyn "kral klubu"nun hədəfindədir.

Hücum xəttini gücləndirmək barədə düşünən Zinəddin Zidan İngiltərə millisinin forvardına elçi düşüb. 

Məlumata əsasən, La Liqa təmsilçisi yanvar ayında transferi reallaşdırmaq niyyətindədir. Madrid klubu H.Keyn üçün 200 milyon avro xərcləməyə hazırdır.