"Real" "Alaves"lə oyuna belə çıxacaq

Bu gün İspaniya La Liqasında 7-ci tura start verilir.

Sportline.az xəbər verir ki, Madrid "Real"ı bu tur "Alaves"i qəbul edəcək.

Kral klubu bu qarşılaşmaya daha güclü start heyətlə çıxacaq.

Klubun rəsmi saytında yayılan məlumata görə, baş məşqçi Karlo Ançelotti ilk dəqiqələrdən Kurtua, Vaskes, Rudiger, Militao, Mendi, Valverde, Çuameni, Bellingem, Rodriqo, Mbappe və Vinisiusun xidmətindən yararlanacaq. 

Oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.