"Real" Benzemanın gedişinə mane olmayacaq
"Real"ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı təmsilçisi "Əl İttihad"dan təklif alıb.
Sportline.az xəbər verir ki, "kral klubu" fransalı forvardın gedişinə mane olmayacaq. Bu barədə "Relevo" nəşri məlumat yayıb.
Səudiyyə Ərəbistanı klubu 35 yaşlı hücumçuya illik 200 milyon avro qazanacağı müqavilə təklif edib. Karyerasının son illərini yaşayan Benzema təklifə müsbət yanaşır və yayda klubu tərk edə bilər.
Fransa millisinin də üzvü olan hücumçu 2009-cu ilin yayından "Real"da çıxış edir. O, bu mövsüm 42 oyunda 30 qol vurub.
"Real" Benzemanın əvəzinə "Tottenhem"dən Harri Keyn və ya "Napoli"dən Viktor Osimheni transfer etmək istəyir.