"Real" "Borussiya"nın daha bir futbolçusunu istəyir

Вингер «Боруссии» Дортмунд Карим Адейеми может продолжить карьеру в «Реале».

"Real" Dortmund "Borussiya"sının daha bir futbolçusunu heyətə qatmaq istəyir.

Sportline.az Bild nəşrinə istinadla xəbər verir ki, madridlilər "Borussiya"nın 21 yaşlı futbolçusu Karim Adeyeminin xidmətində maraqlıdırlar.

Tərəflərin bu mövzuda danışıq apardığı bildirilir.

Almaniya təmsliçisi yüksək sürəti ilə seçilən yarımmüdafiəçini 80 milyon avroya satmağa razıdır.

Qeyd edək ki, "Real" bu günlərdə sözügedən klubun digər futbolçusu Cud Bellingemin transferini 103 milyon avroya reallaşdırıb.