"Real" Firminonu yox, Keyni istəyir

Harri Keyn Kərim Benzemanın gedişindən sonra "Real Madrid"ə keçə bilər.

Sportline.az xəbər verir ki, məşhur jurnalist Xose Luis Sançezin fikrincə, "Tottenhem"in forvardı Benzemanı əvəz etmək üçün ən çox ehtimal olunan seçimdir.

Eyni zamanda, "Real"ın Roberto Firmino ilə seçimdən imtina etdiyi qeyd olunur.

Xatırladaq ki, bu gün Madrid klubu Benzemanın gedişini açıqlayıb.