"Real" İtaliyaya belə yollanıb
Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turunun oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, Yyarışın son qalibi “Real Madrid” bu tur səfərdə “Atalanta” ilə qarşılaşacaq.
Kral Klubu çətin rəqiblə oyuna itkilərlə çıxacaq. Dani Karvaxal, David Alaba, Eder Militao, Ferlan Mendi və Edaurdo Kamavinqa zədə üzündən Berqamoda komandasına kömək edə bilməyəcək.
“Atalanta”da isə Canluka Skamakka, Corcio Skalvini və Xuan Quadrado matçın iştirak ərizəsində yer almayıb.
Polşalı Şimon Marçinyakın idarə edəcəyi görüş Bakı vaxtı ilə gecə saat 12-də başlanacaq.