"Real Madrid" - "Mançester Siti": Düşərgələrdəki son durum
UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün daha 4 oyun baş tutacaq.
Sportline.az xəbər verir ki, “Real Madrid” “Santiaqo Bernabeu” stadionunda “Mançester Siti” ilə qarşılaşacaq.
İlk görüş kral klubunun 3:2 hesablı qələbəsi ilə nəticələnmişdi. Bu oyundada favorit meydan sahibləri sayılır.
Heyətlərə nəzər saldıqda “Mançester Siti”də əsas itki Cek Qriliş, Manuel Akanji, Rodri və Oskar Bobbun adı ilə bağlıdır.
“Real”da isə Dani Karvaxal və Eder Militao zədə səbəbindən oyunu buraxmalı olacaq. Oyunun ədalət təmsilçisi ruminyalı İstvan Kovaç olacaq. Görüş Bakı vaxtı ilə gecə yarısı 12-də başlanacaq.