Madrid "Real"ının tarixində növbəti yubiley

UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün finalında "Borussiya" "Uembli"də  "Real"la qarşılaşıb.

Sportline.az xəbər verir ki, Sloveniyalı referi Slavko Vinçiçin idarə etdiyi qarşılaşma “Kral klubu”nun qələbəsi ilə yekunlaşıb – 2:0. Hər iki qol ikinci hissədə vurulub. 74-cü dəqiqədə Dani Karvahal topu başla tora göndərib, 83-cü dəqiqədə isə Vinisius Junior fərqlənib.

Beləliklə, “Real” 1 illik fasilədən sonra və tarixində 15-ci dəfə Çempionlar Liqasının qalibi olub.

Karlo Ancelotti isə baş məşqçi kimi bu titulu 5-ci dəfə qazanıb.

Qeyd edək ki, "Real" UEFA Superkubokunun finalında Avroliqanın qalibi "Atalanta" ilə qarşılaşacaq.