"Real Madrid"i "Yuventus"a dəyişir
"Yuventus" "Real Madrid"in futbolçusu Brahim Diazı heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
26 yaşlı oyunçu transfer qiyməti 40 milyon avrodur.
Qeyd edək ki, B.Diazın "los blankos"la sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.