"Real Madrid"in Saliba sevdası
"Real Madrid" "Arsenal"ın fransalı stopperi Vilyam Salibanı transfer etməkdə israrlıdır.
Sportline.az "Footmercato"ya istinadən xəbər verir ki, Madrid klubu gələn ilin yayında "Arsenal"a rəsmi təklif göndərəcək.
24 yaşlı futbolçu "Real"a transfer olmaqda istəklidir.
Qeyd edək ki, Salibanın transfer qiyməti 100 milyon avrodur.